İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Namizədə tələblər:
- Yaş həddi : 22-26
- Təhsil: Ali
- İş təcrübəsi:ən azı 1 il İnformasiya Texnologiyaları sahəsi üzrə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
- Microsoft Windows, Linux, Unix, Android, İOS (arzuolunandır)

Vəzifə öhdəlikləri:
- İnformasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin təhlili və hesabatların hazırlanması;
- İnformasiya Təhlükəsizliyi üzrə daxili normativ sənədləri hazırlanması;
- Texniki sənədlərin və sistem jurnallarını təhlili;
- Kommersiya sirri və məxfi məlumatların qorunması üzrə lahiyələrin icrası;
- İnformasiya sistemlərinin monitoringi;
- Çalışdığı bölmənin funksionalı ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

Şəxsi keyfiyyətlər:
- Riyazi düşünmə bacarığı;
- Analitik təhlil bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Böyük komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 400 AZN

Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-03