İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə işçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Başlıca fəaliyyətlər:
- Təşkilat üçün İnformasiya təhlükəsizliyi və davamlılıq üzrə yeganə rəsmi əlaqədar şəxs kimi çıxış etmək
- İnformasiya təhlükəsizliyinin Təşkilatın biznes strategiyaları və tələbləri ilə davamlı inteqrasiyasını təmin etmək
- Təşkilat daxilində Təhlükəsizlik və Davamlılıq Siyasətlərinin, standart və prosedurların həyata keçirilməsi prosesini asanlaşdırmaq və informasiya təhlükəsizliyinə dair yerli səviyyədə verilən tapşırıq və fəaliyyətlərin yerinə yetirilməsini təmin etmək
- Təşkilat daxilində Təhlükəsizlik və Davamlılığa dair “Risk və Uyğunluq” Fəaliyyətlərini koordinasiya etmək və dəstəkləmək
- Məlumatların Sızmasının Qarşısının Alınması ilə bağlı hadisələrə nəzarət etmək və bu barədə məlumat vermək
- Zəifliklərin müəyyənləşdirilməsi və düzəldilməsi barədə əsas tərəfdaşlarla əməkdaşlıq etmək
- Biznes Təsir Analizini (BTA) asanlaşdırmaq
- Təhlükəsizlik hadisələrinin mütəmadi nəzarətini həyata keçirmək
- Layihə və Dəyişikliklərə Təhlükəsizlik və Davamlılıqla əlaqədar lazımi diqqəti göstərmək
- Təşkilatda İnformasiya Təhlükəsizliyi və Davamlılığa dair məlumatlılıq və təlim proqramının həyata keçirilməsini koordinasiya etmək
- Təşkilatın biznes bölmələri və infrastrukturu boyunca biznes və İT davamlılıq planını və fövqəladə hallardan çıxış cəhdlərini koordinasiya etmək
- Təşkilatda İnformasiya Təhlükəsizliyi ilə bağlı hadisələrə reaksiyanı və bu barədə məlumat verilməsi prosesini koordinasiya etmək

Təyin olunan digər öhdəliklər
Tələblər:
- Kompüter elmləri, kiber təhlükəsizlik, menecment informasiya sistemləri, biznesin idarə edilməsi və ya əlaqədar - ixtisaslar üzrə bakalavr dərəcəsinə üstünlük verilir. Magistr dərəcəsi arzuolunandır.
- Azərbaycan dilində səlislik tələb olunur. İngilis və rus dillərində biliyə üstünlük verilir.
- İnformasiya təhlükəsizliyi, risklərin idarə edilməsi vəzifəsi üzrə ən azı 1 illik rəsmi iş təcrübəsi, beynəlxalq səviyyədə olması arzuolunandır.
- Mikromaliyyə və ya bank təşkilatlarında təcrübəyə üstünlük verilir.
- ISO 27001, NIST, COBIT və PCI DSS kimi təhlükəsizliyə dair milli və beynəlxalq tənzimləyici uyğunluq standartları və çərçivələri barədə iş biliyi arzuolunandir.
- Beynəlxalq Sertifikat sahiblərinə (məsələn, CISSP, CISM, SANS GIAC, CBCI) üstünlük verilir
- Təhlükəsizlik təminatçısı sertifikatları (məsələn, Cisco, TrendMicro, Splunk, Qualys) üstünlükdür

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 27 noyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə Subject/Mövzu hissəsində İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 30.11.2021