İnşaat işləri üzrə layihə meneceri

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Əmək haqqı: 1000 azn

Layihə menecerinin avtomobilinin olması mütləqdir.

CV-nizi (yalnız foto ilə və Azərbaycan dilində) və təhvil verdiyiniz layihələrin siyahısını e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnşaat İşləri üzrə Layihə Meneceri) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

İş yeri və qrafik: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə. 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi).
Məhsul və xidmətlər: Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz, landşaft, interyer və eksteryerlərin layihələndirilməsi, tikintisi və təmiri.

Uğurlu namizəd hansı vəzifələri icra edəcək:
- İnşaat və təmir işlərinin layihələndirilməsi;
- Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
- Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
- Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
- Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
- Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
- Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
- Layihədəki büdcə risklərini təhlil etmək;
- Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq və baş direktora təsdiq üçün təqdim etmək;
- Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
- Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.

Biz kimi axtarırıq:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Layihələrin idarə olunması üzrə sertifikatlar;
- İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 illik iş təcrübəsinə malik olmalı;
- Azərbaycan vətəndaşı olmalı;
- Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür.
- İT biliklər: MS Project, AutoCAD və Excel, proqramlarında işləmə bacarığı. Digər proqramlar namizəd üçün üstünlükdür: PrimaVera, Smeta.

Bilməlidir:
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
- Dəmir beton layihələndirmə və detalları mükəmməl bilməli.

Son müraciət tarixi: 2021.12.16