İnşaat mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifələr:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi,
- İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması,
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi,
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi,
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi,
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi,
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi,
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi.

Tələblər:
- Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu),
- Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (inglis dili arzuolunandır),
- Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi,
- Müvafiq sahə üzrə kompyuter proqram və ofis proqram bilikləri (World, Excel, AutoCAD),
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Digər məlumat:
- Beş günlük iş qrafiki. Ehtiyyac olduqda altı.
- Əmək haqqı: danışığa əsasən

E-mail: career@amalgroup.az
Son müraciət tarixi: 2021-07-09