İş haqqında
Vəzifə öhdəlikləri
- Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
Tələb olunan göstəricilər:
- Ali təhsil;
- Sahə üzrə 3 illik iş təcrübəsi;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
- AutoCAD proqramını bilmək arzuolunandır.
- Əla səviyyədə Azərbaycan dili, normal səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər CV formalarını
[email protected] e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-31