İnşaat mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
- Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
- Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.

Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Tikinti və təmirin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları haqqında məlumatlı olmaq;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri üstünlükdür;
- Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
- Layihəçəkmə və planlaşdırma bacarığı;
- Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.

İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- ARƏM əsasən işə qəbul;
- İş yeri: Bakı şəhəri;
- Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İnşaat mühəndisi" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-15