İnşaatçı mühəndis

Şirkət haqqında
Əmək haqqı
700-1500

İş haqqında

Vəzifə: Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi - İnşaatçı mühəndis
İşəgötürən: Qartal Tikinti Firması

İş yeri: Əsas iş yeri Xəzər dənizindəki SOCAR-ın neft platformaları olacaq, platformada iş olmadığı müddətdə Qartal Tikinti Firmasının Sumqayıt şəhərində yerləşən baş ofisi və ya Azərbaycan Respublikası ərazisində tikinti sahələrinə ezam oluna bilər
Əmək haqqı: 700-1500 AZN

Tələblər:
- Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- İngilis dilini bilməsi arzuolunandır;
- Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İş haqqında məlumat:
- SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə rəhbərlik edilməsi;
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
- İşlərin yüksək Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.

İşçi üçün şərait:
- SOCAR-ın neft platformasında işlədikdə maksimum 1 ay müddətinə dənizə ezam ediləcək. 1 ay bitdikdən sonra istirahət üçün ofisə dönəcək, lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
- Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Baza günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Əlaqə vasitələri:
Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi - İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Son müraciət tarixi: 2021-07-22