İnsan Resursları departamentinin direktoru

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- İnsan Resursları Departamentinin Direktoru vəzifəsində minimum 5 il iş təcrübəsi olmalıdır;
- Əvvəlki iş yerlərində minimum 500-600 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
- Ali təhsil;
- Yaş həddi: 30-45;
-MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
-Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
- Məsuliyyətli və diqqətli olmalıdır;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı);

Vəzifə öhdəlikləri:
- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
- İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
- Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
- BOKT işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.

İş şərtləri
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan Resursları Departamentinin Direktoru” qeyd edərək vakansiya@parabokt.az ünvanına göndərməyiniz xahiş olunur
Son müraciət tarixi: 2021-07-03