İnsan Resursları Departamentinin Kadr işləri üzrə Mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, vəzifə dəyişiklikləri, işdən azad edilməsi, müavinətlər, xəstəlik vərəqələri və s. sənədlərinin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
- İşçilərin məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin uçotunun aparılması və məzuniyyətlərin qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi.

Tələb olunan göstəricilər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- MS Office proqramları (Excel bilikləri yüksək olmaqla) üzrə biliklər;
- Yüksək səviyyədə yazılı və şifahi üsnsiyyətqurma bacarığı;
- Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
- Kargüzarlıq qaydaları üzrə bilik və təcrübənin olması.

İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
- İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı)

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Kadrlar üzrə Mütəxəssis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi - 16.04.2021