İnsan Resursları Departamentinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət:“GAZELLİ GROUP” MMC
Vəzifə: İnsan Resursları Departamentinin mütəxəssisi
Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

İşin təsviri:
- İşçilərin seçimi, oriyentasiyası, adaptasiya və attestasiyasına nəzarət onların fəaliyyətin qiymətləndirilməsi, təkmilləşdirilməsi, təlimi və attestasiyanın aparılması;
- Vakansiyaların elan edilməsi, uyğun namizədlərin seçilməsi və CV bazasını yaradılması;
- Kadr seçimini həyata keçirilməsi (vəzifə təlimatların hazırlanması, CV seçimi, yeni namizədlər üçün müsahibələrin təşkil edilməsi və aparılması, məlumatların, strategiya və materialların idarə olunması);
- Bacarıqlı və istedalı kadrların əldə edilməsi üçün daha geniş imkanlar yaradan siyasət, prosedurlar və ya proseslərin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqmətində İR komandası ilə birgə iş;
- Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirməsi, müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət;Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
- Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
- Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
- Məzuniyyət qrafiklərinin, məzuniyyət əmrlərinin tərtib edilməsi;
- İşçilərin istifadə etdiyi məzuniyyətləri elektron formada uçota alınmasını təmin edir;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa departamentinin direktoruna hesabat hazırlayıb təqdim edir.

Tələb olunan xüsusiyyətlər:
- İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C 8.3, Outlook və s.);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili arzu olunandı;
- Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq.

Şərtlər:
- Stabil iş (iş qrafiki 5/2 08:00- dən 17:00-dək)
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
- Qidalanma, mobil rabitə
- Əmək haqqı razılaşdırmaya əsasən .

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV - lər 15 aprel 2021-ci il tarixinədək qəbul olunur.

Maraqlanan xanım namizədlər mövzu yerində “İnsan resursları departamentinin mütəxəssis” yazaraq, öz CV-ləri fotoşəkil ilə və gözlənilən əmək haqqını hr.info@gazelligroup.com e-poçt ünvanına göndərəsiniz.