İnsan Resursları Departamentinin Mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Şirkətin işçi heyətinə aid sənədləşmə (həmçinin karguzarlıq) proseslərinin idarə edilməsi;
- Şirkət daxilində tələb olunan hesabatların hazırlanması;
- İşçi seçim prosesini təmin etmək (elanların verilməsi, CV-lərin sortlaşdırılması, müsahibələrin təyin edilməsi və keçirilməsi);
- Telefonla və üzbəüz müsahibənin aparılması;
- İş təklifinin hazırlanması;
- Yeni işçilərin məlumatlandırılmasını, adaptasiyanı təmin etmək;
- Yaranan problemləri etik yolla həll edilməsi;
- E-gov portalında əməliyyatların icra edilməsi;
- Şirkətin siyasət və prosedurlarına əsasən fəaliyyətinin göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında yerinə yetirilməsi.

TƏLƏBLƏR
- İnsan resursları və oxşar sahələr üzrə ali təhsil
- HR sahəsində ən azı 2 illik iş təcrübəsi
- Azərbaycan dilində səlis yazılı və danışıq bacarığı, əlavə olaraq ingilis dili biliyinə üstünlük verilir.
- Azərbaycan Respublikasınin Əmək Məcəlləsi biliyi
- Microsoft Office proqramları daxil olmaqla, əla səviyyədə kömpüter biliyi və bacarığı
- Detallara diqqət etmək bacarığı
- Effektiv kommunikasiya və vaxtı idarəetmə bacarığı
- İnnovativ proaktiv olmaq Komanda ilə iş bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 iyun 2021ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İnsan Resursları Departamentinin Mütəxəssisi qeyd etməklə göndərə bilərsiniz.