İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

Şirkət haqqında
  • TCF
  • Bakı şəhəri
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

Namizədlə bağlı tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;

İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Rəqabət qabiliyyətli əmək haqqı

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-11-07