İnsan Resursları üzrə aparıcı/baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri arzuolunandır;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı;
- İşə qəbul sahəsi və metodları haqqında biliklər;
- Təşəbbüskarlıq, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.

İşin təsviri:
- Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
- Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
- Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
- İşçi seçimi prosesində müvafiq imtahan və dəyərləndirmələri həyata keçirmək;
- Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olunmuş işçilərin adaptasiyasını həyata keçirir;
- İşçi axınını aylıq olaraq analiz etmək, işdən ayrılan əməkdaşlarla müvafiq sorğunun keçirilməsini təmin etmək və bununla bağlı hesabat hazırlamaq;
- İşəqəbul hesabatlarını hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Son müraciət tarixi: 2021.12.31