İnsan Resursları üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şöbə: İnsan Resursları
Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri (qısa təsvir):
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
- Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
- İşçi seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, məlumatların, CV bazasının idarə olunması);
- Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi verilməsi;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 8 il iş təcrübəsi
- İstehsalat sahəsində ən azı 3 il təcrübə
- AR Əmək Məcəlləsinin mükəmməl biliyi
- Azərbaycan dilində mükəmməl yazı və ümsiyyət bacarığı, Rus dili biliyi üstünlükdür.
- MS Office (Word, Excel, Power point);
- 1 C proqamında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və İdarəetmə bacarıqları;

İş şərtləri:
- Şirkət şəhər kənarında yerləşir
- İş qrafiki: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək
- Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə baş mütəxəssis” qeyd edərək XXX CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 2021-11-03