İnsan Resursları üzrə inzibatçı (HR Admin)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Yeni işçilərin şəxsi işlərinin formalaşdırılması və mütəmadi olaraq dəyişikliklərin əlavə edilməsi;
- İşçilərin məlumat bazasının mütəmadi olaraq yenilənməsi;
- Müsahibələrin təşkil edilməsi, namizədlərin dəvət edilməsi və nəticələrin məlumat bazasına daxil edilməsi;
- CV və anketlərin arxivləşdirilməsi;
- Bölgələr üçün işə qəbul proseslərinin həyata keçirilməsi;
- Yeni işçilərin rəsmiləşdirilməsi üçün lazımi sənədlərin toplanılması;
- Arayışların və məktubların hazırlanması;
- İnsan resurlarına aid digər funksiyaların yerinə yetirilməsi.
- İşə qəbul sahəsində təcrübənin olması arzuolunandır;

Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (İşə qəbul sahəsində təcrübənin olması arzuolunandır);
- AR Əmək Məcəlləsinin üzrə biliklər;
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı;
- MS Office (Word, Excel, Power Point) proqramları üzrə biliklər;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Bölgələrə işgüzar səfər.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə inzibatçı” qeyd edərək CV-nizi elektron ünvanına göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 2022.01.29