İnsan Resursları üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
1000-1200

İş haqqında

İş yeri: Sumqayıt şəhəri
Əmək haqqı: 1000-1200 AZN
İş qrafiki : 5 günlükdür

İş barədə məlumat:
• İnsan resurslarının planlaşdırılması və idarə olunması;
• Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
• İşə qəbul prosesinin təşkili və ona nəzarət;
• İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması;
• İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
• İş analizlərinin aparılması;
• Motivasiya və karyera yüksəlişi planlarının hazrlanması;
• Məzuniyyət planının və iş qrafiklərinin tərtibi;
• Yaranan vakansiyalar üzrə iş elanlarının verilməsi və uyğun namizədlərin tapılması;
• Heyət üzrə hesabatların hazırlanması;
• İşçilər barədə məlumat bazasının yaradılması;
• Əmək intizamına nəzarət;
• İşçilər tərəfindən daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
• Heyətin təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin təşkil etmək;
• İR idarə edilməsi ilə bağlı olan qaydaları hazırlamaq;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması
• Performans dəyərləndirmə sisteminin qurulmasında iştirak və tətbiq etmə

Namizədə tələblər:
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili , İngilis dili (orta)
• Ali təhsil;
• İR sahəsində azı 3 illik təcrübə (istehsalat təcrübəsi mütləqdir)
• Əmək məcəlləsi bilgisi;
• Microsoft Office-dən istifadə bacarığı;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• İşi planlaşdırma və təşkil etmı bacarığı;
• Liderlik bacarığı;
• Səmərəli qərar qəbul etmə bacarığı;
• Idarəetmə və kommunikasiya bacarığı;
• Vaxt idarəetmə bacarığı;
• Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
• Fərdi və kollektivdə işləmə qabiliyyəti;
• İR sahəsində sertifikatlarının olması arzuolunandır.

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını [email protected] e-mail ünvanına 30.09.2021 ci il tarixinə qədər mövzu yerində “ İR üzrə menecer “ qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Son müraciət tarixi: 2021-10-01