İnsan Resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Elektron hökumət portalında “Əmək və Əhalinin sosial müdafiə Nazirliyi” bildiriş bazasında kadrlarla bağlı işə qəbul, xitam və digər əməliyyatların aparılması;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
- Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:
- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 3 il iş təcrübəsi. (Dövlət orqanlarında çalışanlara üstünlük verilir)
- Təhsili/ixtisası: Ali təhsil.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə ( İngilis və rus dilləri orta səviyyədə)
- Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).
- Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş qrafiki:
Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları üzrə mütəxəssis” mövzusu ilə azada.huseynova.qim@gmail.com elektron ünvanına göndərilməlidir.
Son müraciət tarixi: 2021-04-03