İnsan resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Zavodlar üzrə iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasını təmin etmək;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılması;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:
- Cinsi: Kişi
- Yaş: 25-35
- Təhsili : Ali
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- MS Office proqramlarında sərbəst istifadə bacarığı
- Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
- İnnovativlik və yaradıcılıq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı;
- İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.

Son müraciət tarixi 18 Aprel 2021