İnsan resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət verilməsinin uçotunu aparmaq, məzuniyyəti qrafiklərini tərtib etmək, məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
- Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
- İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.

Tələblər :
- Ali təhsil
- Yaş həddi: 25-40
- İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
- MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-26