İnsan resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-35;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- MS Excel, MS Word, MS Outlook - sərbəst istifadə qabiliyyəti, 1C proqram təminatı üzrə biliklər;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Dəqiq və məsuliyyətli çalışmaq.

Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;

İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi office@bakubusinessconsulting.com elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-07-04