İnsan Resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş yeri: Zirə qəsəbəsi
Son müraciət tarixi: 30.06.2021

İşin təsviri:
- İşçilərin işə davamiyyətinə nəzarət edilməsi;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsi və onun yerinə yetirilməsində iştirak edilməsi;
- Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemlərin həll edilməsi;
- Elektron hökümət portalına işçilərin qeydiyyata salınması;
- Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması;

Namizədə tələblər:
- Ali təhsil
- AR əmək məcəlləsi üzrə biliklər
- Təklif edilən sahə üzrə ən azı 3 illik iş təcrübəsi
- MS Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramları üzrə yüksək səviyyədə biliklər
- İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
- Operativ və düzgün qərar vermək bacarığı, yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Əlavə məlumat:
- İş vaxtı: Bazar ertəsi – Cümə, saat 08:00 - 17:00 arası (1 saatlıq nahar fasiləsi ilə)
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir

Vakansiyaya müraciət üçün hr@bakuagropark.az ünvanına mövzu hissəsində “İR mütəxəssisi” qeyd edərək CV göndərməyiniz xahiş olunur.