Insan Resursları üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Tələblər:
- Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək
- İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq
- Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək
- İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək
- İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək
- İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək
- Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
- Direktorun əmr və göstərişlərini vaxtında yerinə yetirmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək

İş qrafiki:
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- İstirahət günü – Şənbə və Bazar günləri

Namizədə tələblər:
- Təhsil: Natamam Ali
- Təcrübə: 1- 3 il arası
- MS Office (Word, Excell, Power Point, Outlook) və 1 C 8.3 ERP sistemdə işləmək bacarıqı
- Hökümət portalında işləmək bacarıqı
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı)
- Peşəkar ünsiyyət bacarığına sahib olmalıdır
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır
- İşində məsuliyyətli və dəqiq olmalıdır

CV üçün e-mail: hr@butaconstruction.az
Son müraciət tarixi: 2021-08-05