İnsan resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“ Debet Safety “ MMC Fərdi Mühafizə Vasitələri və İşçi geyimləri istehsalı və təchizatı ilə məşğuldur.

Namizədə tələblər :
- İnsan resursları üzrə min 2-3 il iş təcrübəsi
- Dil bilikləri : Azərbaycan, Rus dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq

Vəzifə üzrə tələblər :
- Müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi,
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması,
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi,
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması,
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması,
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi,
- İş vaxtının uçotu ( davamiyyət ) cədvəllərinin tərtib edilməsi,
- Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi,
- Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək,
- İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq,
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı,
- e-gov,e-sosial portallarda şərbəst işləmək.
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi,

Namizədə tələblər:
- Ali təhsil;
- İnsan resursları üzrə ən azı 2 il iş təcrübəsi,
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı,
- Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- 1C proqramında işləmək bacarığı,
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli,
- Komandada işləmək bacarığı.

İş şəraiti :
- 5 günlük iş həftəsi ( 08.15- 17.15),
- Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
- Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır

İş yeri: Atyalı qəsəbəsi ( Höküməli dairəsindən sonra )
CV-ləri subject bölməsində İnsan resursları üzrə mütəxəssis qeyd etməklə hr@debet.az e-mail ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi : 050 286 69 80
Son müraciət tarixi: 2021-09-16