İnsan resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

Vəzifə öhdəlikləri:
- İnsan Resursları departamentinə səlahiyyətində olan sənədlərin tərtibi və icrası (işə qəbul prosesində lazım olan sənədlər, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
- Açıq olan vakansiyaların elanı;
- Müsahibələrin aparılması;
- Hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- İşçilərin icbari sığortasının aktivləşdirilməsinə nəzarət;
- İşçilərin davamiyyət uçotunun aparılması;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
- Filiallarda çalışan işçilərin işə davamiyyəti və sənədləşmə prosedurunun tənzimlənməsi;
- Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında insan ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmaq.

Namizəd üçün tələblər:
- Ali təhsil;
- 23-35 yaş arası xanımlar;
- Xarici dil bilikləri: Azərbaycan, Rus dili, İngilis dili;
- Uyğun sahə üzrə ən az 2-3 il təcrübə;
- AR Əmək Məcəlləsi biliyi;
- Komandada işləmək və idarəetmə bacarığı;
- Namizəd pozitiv, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti və yüksək təqdimat bacarığı malik, şəxsi inkişafa meyilli olmalı;

Şirkət təklif edir:
- Əmək haqqı 800-1000 AZN (müsahibə əsnasında müəyyən olunacaq)
- İş qrafiki - 6 gün saat 09:00-dan 18:00-dək
- Peşəkar böyümə və inkişaf
- Əmək məcəlləsinə uyğun sənədləşmə

Qeyd: Namizədlərdən mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə öz cv-lərini humi.mensimova@gmail.com e-poçt ünvanına göndərmələrini xahiş edirik.
Son müraciət tarixi: 10.09.2021