İnsan Resursları üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.

Əsas tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Azərbaycan dilini əla səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə 1C proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazaraq cv.grem@gilanholding.com ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-21