İnsan Resursları üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi.
- Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
- Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
- Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək.
- İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.

TƏLƏBLƏR:
- Ali təhsil;
- İnsan Resursları sahəsində minimum 3 il təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Azərbaycan və Rus dilini əla bilmək
- Qabaqcıl PC istifadəçisi;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 29.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.