İnsan Resursları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri :
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
- Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
- İşçi seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, məlumatların, CV bazasının idarə olunması);
- Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi verilməsi;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 4-5 il iş təcrübəsi
- AR Əmək Məcəlləsinin mükəmməl biliyi
- Azərbaycan dilində mükəmməl yazı və ümsiyyət bacarığı, Rus və ingilis dili biliyi arzuolunandır.
- MS Office (Word, Excel, Power point);
- 1 C proqamında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və İdarəetmə bacarıqları;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

İş qrafiki : 6 günlük
İş vaxtı: 9:00 – 18:00
İstirahət günü: Bazar günü

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021.12.17