İş haqqında
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi,işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilərə məzuniyyətlərin verilməsini əmrləşdirir, şəxsi işlərdə qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- İşçilərin Ezamiyyət əmrlərinin rəsmiləşdirilməsi və müvafiq
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur və müvafiq struktur bölməyə yönləndirir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Şöbə üzrə lazımi hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
İş şəraiti:
- İş yeri: Nizami ray, Əli Vəliyev 1
- Əməkhaqqı: Müsahibə əsasında
- İş saatları (iş rejimi): 5 günlük iş rejimi, 09:00 – 18:00, nahar fasiləsi 13:00-14:00
- Məsuliyyət
- Bu vəzifə təlimatı ilə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə, işə soyuq münasibətinə, hüquqa zidd hərəkət və ya hərəkətsizliyi nəticəsində istehsalata dəymiş zərərə görə Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinin tələbləri hüdudunda;
- Öz vəzifələrinin icrası prosesində yol verdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının əmək, inzibati, mülki və cinayət qanunvericiliyi hüdudunda.
Hüquqları:
- Onun fəaliyyəti ilə bağlı müəssisənin rəhbərliyinin qərar layihələri ilə tanış olmaq;
- Bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş hüquq və vəzifə ilə bağlı işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Vəzifəyə dair tələblər:
- Ali təhsil ( Menecment,İnsan Resursları İdarəedilməsi, Sosiologiya,)
- Əmək məcəlləsi o cümlədən əmək qanunvericiliyi üzrə yüksək biliklər
- MS Office proqramları (xüsusi ilə Excel)
- 2-3 il müvafiq sahə üzrə iş təcrübəsi
Vakansiyaya uyğun olan namizədlər CV-lərini mövzuda İnsan Resursları üzrə mütəxəssis yazaraq, əmək haqqı gözləndilərini qeyd etməklə göndərə bilərlər.
Müraciət üçün son tarix: 05 mart 2022