İnsan Resursları üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 700 - AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbə

İşin təsviri:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
- İşçilərin şəxsi işlərini tərtib etmək;
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
- Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
- Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
- Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
- Şəxsi işlərin arxivini aparmaq;
- Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;

Namizədə tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)
- Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)