İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş yeri: Zirə qəsəbəsi;

Tələblər:
- İş təcrübəsi: Müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi;
- Təhsil: Ali təhsil;
- Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunverciliyini bilməli;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;

Əlavə məlumat:
- İş vaxtı: 07:30-16:30
- İş rejimi: I – VI günlər
- Nahar və Servis şirkət tərəfindən təmin edilir;
- Şəxsi avtomobil olduqda yanacaq şirkət tərəfindən odənilir.

İş təsviri:
- İşçilərin müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək.
- Tabeldə müvafiq qeydlər etmək və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsinin qeydiyyatını aparmaq, səbəblərini qeyd etməklə raport tərtib etmək, mərkəzi ofisə göndərilməsini təmin etmək.
- Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparmaq və mərkəzi ofisə məlumat vermək.
- İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
- Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
- İşçilərin giriş, ilkin, vaxtaşırı və növbədənkənar təlimatlarının aparılmasını təşkil etmək.Vaxt aşırı və lazımı hallarda (işin xüsusiyyətindən asılı olaraq ) gündəlik təlimatların verilməsini təmin etmək.
- İşçilərin sağlam və təhlükəsiz əmək şərayətinin yaradılmasını təşkil etmək.
- Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət etmək.
- İşçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək.
- İşçilərin xüsusi və fərdi geyim, ayaqqabının və digər vasitələrin saxlanmasını, yuyulmasını, təmirini təmin etmək.
- Bununla yanaşı işçilərin əməyinin müdafiyəsi üzrə qanunvericilikdə nəzərdə tutulan diqər tələblər üzrə işləri təşkil etmək və icrasını yoxlamaq.
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.10