İnteryer işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planlarını, prosedurlarını nəzərdən keçirmək;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və sifarişçi tərəfindən təsdiqlənməsi;
- Layihənin tələb olunan bütün növ sənədlərin qeydiyyatı həmçinin digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və yayımlamaq;
- İnteryer elementlərinin təlimat kitabçalarında göstərilən qaydada və təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək;
- İnteryer elementlərinin fiziki zərbəyə məruz qalıb-qalmadığını və zədəsiz olduğunu yoxlayır;
- Materilların təftiş olunması, uyğunluğun yoxlanılması, hesabatların, sənədlərin yoxlanılması və tələb olunan keyfiyyət göstəricilərinə uyğun müvafiq qeydlər etməklə yoxlama vərəqələrinin hazırlanması, qəbul və ya imtina olunması barədə müvafiq qeydlərin aparılması;
- İnteryerin müəyyən olunmuş cizgi və sxemlər əsasında tərtib olunmasına nəzarət edir;
- İnteryer işləri-Alçipan, şüşə arakəsmə, döşəmə, tavan, boya işləri, qapılar, divar və sütunların müxtəlif materallarla üzlənməsi, mərmər işləri və s. bütün növ tamamlama işlərinin aparılmasına nəzarət etmək. İşlərin layihəyə müəyyən edilmiş tələblərə standartlara uyğunluğunu yoxlamaq;
-Tərtib olunmuş və dekorasiya edilmiş interyerin müəyyən olunmuş eskiz, çertyoj və modellərə uyğun olaraq quraşdırılıb-quraşdırılmadığını yoxlayır;
- Görünüş, yerləşmə və ölçülər baxımından hazırlanmış cizgi və modellərin və sxemlərin dizayn həllinə uyğunluğunu yoxlayır;
- Məsuliyyət sahəsi daxilində layihə sənədlərinə uyğun olaraq yerinə yetirilmiş işlərin qəbulunun həyata keçirilməsini təmin eytmək və keyfiyyətə nəzarət işləri tamamlandıqda onları qəbul edib, sonrakı işin başlamasına icazə vermək;
-Yoxlama zamanı aşkar olunmuş uyğunsuzluq və ya hadisə hesabatlarını sistemli qaydada qeyd etmək və müvafiq düzəldici tədbirlərin görülməsi üçün NCR tərtib edib cavabdeh tərəfə göndərmək, düzəldici-önləyici tədbirlər barədə hesabatın vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
- Nəzarətin və yoxlamaların aparılmasında birbaşa iştirak etmək, prosedurlara uyğun aparılmasını tələb etmək və icraçının bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri yerində həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Tikinti sahəsində interyer, tamamlama və bəzək işlərinin təhlili, yoxlanılması, və koordinasiyanı təşkil etmək;
- İstifadə olunacaq bütün növ materialların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını (uyğunluğu) təyin etmək;
- Tikinti sahəsində görülən işlərlə bağlı müştəri və podratçı ilə mütamadi əlaqə yartmaq;
- Keyfiyyətə nəzarət məqsədilə verilmiş müxtəlif tapşırıqları icra etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
- KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və tapşırıqların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
- Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə tələblər:
- Ali texniki təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək);
- İnteryer işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə;
- MS Office, AutoCad əla səviyyədə bilməli;
- Texniki biliklərin yüksək səviyyədə olması;
- İşgüzar ünsiyyət bacarığı;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- Komandada işləmək bacarığı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “İnteryer işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-06-21