İnzibati departamentin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İnzibati xidmətlər şöbəsinin işinin təşkil edilməsi;
- Anbarda saxlanılan mal qalıqlarının miqdarına nəzarət, tələb olunandan artıq ehtiyyatların yaradılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi;
- İşin səmərəliyi üçün sistemin qurulması;
- Şöbənin əməliyyatlarının uçotunun təşkili, lazımı qaydada sənədləşdirilməsi və şirkətin nəzarət şöbələrinə tələb olunan sənədlərin və hesabatların təqdim olunmasına nəzarət;
- Təsərüffat məqsədləri üçün ayrılmış malların və vasitələrin rasional istifadəsinə nəzarət;
- Xidmətlərin keyfiyyətinin yoxlanılması və ya bu cür yoxlamanın təşkili;
- Mal və xidmətlərin sifarişçiyə catdırılmasına nəzarət, müvafiq təhvil-təslim aktlarının tələb olunan qaydada rəsmiləşdirilməsinin təşkili;
- İnzibati xidmətlər prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılmasına nəzarət və bu istiqamətdə işlərin koordinasiyası;
- İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, şöbədaxili iş bölgüsünün aparılması;
- Şöbənin funksiyalarına daxil olan işlərin vaxtında və keyfiyyətlə görülməsini təmin etmək.
- Kurasiya etdiyi şöbələr: Logistika, Anbar, Təsərrüfat.

Tələblər:
- Ali təhsil;
- Tələb olunan sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).

Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin rəhbəri” qeyd etməklə öz tərcümeyi-hallarınızı (CV-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-29