İnzibati ərazi vahidləri (şəhər, rayonlar) üzrə Şöbə müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VAKANT VƏZİFƏ: Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Astara, Lənkəran, İmişli, Sabirabad, Saatlı, Beyləqan, Ağcabədi, Füzuli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Kürdəmir, Zərdəb, Ucar, Ağdaş inzibati ərazi vahidləri üzrə Şöbə müdiri

ƏMƏK HAQQI: Ştat cədvəlinə əsasən müəyyən olunur.

VƏZİFƏ FUNKSİYALARI:
- Şöbənin fəaliyyətinin təşkili və ona nəzarət edilməsi;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması;
- Şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması,onların icra və xidmət intizamına riayət edilməsinə nəzarət edilməsi;
- Şöbənin əməkdaşları tərəfindən əmək intizamına, təlimat, qayda və etik davranış normalarına əməl olunmasına nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının işinin effektivliyinin və nəticələrinin bilavasitə idarə edilməsi;
- Şöbənin əməkdaşlarının mükafatlandırılması və onlar barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün təqdimatların verilməsi;
- Müvafiq hesabatların vaxtında, dəqiq və tələblərə uyğun hazırlanıb təqdim edilməsinə nəzarət edilməsi;
- Birbaşa rəhbəri tərəfindən verilən şöbənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqların yerinə yetirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: İdarəetmə vəzifələri üzrə minimum 5 il iş təcrübə;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Mükəmməl strategiya, planlaşdırma, icra və layihənin idarə edilməsi bacarıqları;
- Məsuliyyətlilik;
- Təşəbbüskarlıq;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Nəticəyə hədəfli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “müraciət etdiyi inzibati ərazi vahidləri (şəhər, rayonlar) üzrə Şöbə müdiri” yazaraq hr.gov.az@gmail.com mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-21