İnzibati işlər üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri
- Baş və əməliyyat ofisinin avadanlıq, inventar, material və ləvazimatları ilə təchiz edir;
- Struktur bölmələrdən göndərilmiş tələbnamələrin daxili sistemdə qeydiyyatı, müvafiq alışların tamlığının yoxlanması
- Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti üçün lazım olan avadanlıqlara, texnikaya, mal və materiallara olan tələbatın ödənilməsinə inzibati dəstək göstərir;
- Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatı, struktur bölmələrə sənədlərin təhvili və sənəd dövriyyəsinin izlənməsini həyata keçirir;
- Cəmiyyətin təsərrüfat, nəqliyyat , rabitə xidmətiləri ilə əlaqədar hesabatların hazırlanması ;
- Müxtəlif növ tədbirlərin təşkilati işlərində yaxında iştirak edir, texniki dəstək göstərir;
- Mallar, işlər və xidmətlər üzrə tələbnamələrin hesabatının aparılmasını və qeydiyyata salınmasını təmin edir;
- Daxili və Xarici ezamiyyələr zamanı otel, bilet, viza və digər sənədlərin hazırlanması;
- Cəmiyyətin işçi heyətinin nahar xidmətinin qarşılanması üçün əməkdaşlıq edilən şirkət ilə koordinasiyalı işin aparılması, yeməyin keyfiyyəti ilə bağlı mütəmadi sorğuların keçirilməsi

Tələblər
- Təhsil : Təhsil - Ali
- Təcrübə: Əlaqədar sahədə minimum 1 -3 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
- İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı (üstünlükdür)

Texniki Bacarıqlar
- Kargüzarlıq haqqında qaydalar üzrə biliklər
- Satınalma qaydaları haqqında biliklər

Səriştəlik
- Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə

Əlavə məlumat
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-07-02