İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Enerji sahəsində balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləmək;
- Müvafiq sahədə tariflərin iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;
- Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər vermək;
- Elektrik və istilik enerjisi, habelə qaz üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək;
- Elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakına proqnozlar hazırlamaq;
- Müvafiq sahə üzrə təşkilatlardan əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlamaq, sistemləşdirmək və hesabatlar hazırlamaq;
- Müvafiq müəssisələrin gəlir və xərc smetalarını təhlil etmək, müqayisələr aparmaq və təkliflər hazırlamaq.

TƏLƏBLƏR:
- Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və audit, statistika və maliyyə və s. müvafiq ixtisaslar üzrə);
- Yaş həddi 30-50 aralığı;
- İxtisası üzrə azı 5 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş stajı;
- Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
- Müxtəlif sahələr üzrə daxil olan hesabatları təhlil edərək nəticə çıxarma bacarığı;
- Mühasibat uçotu ilə bağlı müəyyən təcrübəyə malik olmalıdır;
- Tarif tənzimlənməsi ilə bağlı qanunvericilik və digər normativ hüquqi bazalara dair bilikli olmalıdır;
- Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.

DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 20 iyun 2021-ci il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil – şöbə müdiri) qeyd edin.
Son tarix: 2021-07-10