İqtisadi təhlil və nəzarət şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şöbə: İqtisadi təhlil və nəzarət şöbəsi

Vəzifə öhdəlikləri:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun aylıq hesabatların hazırlanması;
- Kənar audit zamanı təqdim olunacaq məlumatların koordinasiyası və toplanması;
- Menecment üçün aylıq əsaslarla hesabatların hazırlanması;
- Mövcud/yeni layihələr üçün gəlirlilik analizi, xərclərin layihələr üzrə seqmentasiyası;
- Müxtəlif periodlar ərzində gəlir və xərclərin analizi;
- Hasilata görə dəyişən və dəyişməyən xərclərə bölünməsi və məhsullar üzrə seqmentasiyasının aparılması;
- Kommersiya tərəfindən hazırlanmış yeni layihələrin analitikası;
- Büdcənin hazırlanması;
- Büdcəyə nəzarətin təşkili;
- Gəlirlərin doğruluğunun və tamlığının analizinin aparılması

Tələb olunan bilik və bacarıqlar:
- İqtisadiyyat üzrə ali təhsil
- Konsolidasiya olunmuş maliyyə hesabatlarına dair biliklər
- Büdcə hazırlanması və nəzarəti
- Maliyyə Analitikası
- Minimum 5-7 il iş təcrübəsi
- ACCA / CFA arzuolunan
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
- Azərbaycan dili və ingilis dili (sərbəst)
- Komandada işləmə bacarığı
- Stressədavalılıq

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.23