İR Əməliyyatları üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və Öhdəliklər:
- İşə qəbul edilən işçiləri qanunvericiliyə uyğun rəsmiləşdirmək
- İşçi sənəd və qovluqlarının bütovlüyünə və səliqəsinə nəzarət
- İşçilərin sınaq müddəti müddətlərini izləmək və düzgün rəsmiləşdirməni təmin etmək
- İR əməliyyatlarının vaxtında və doğru elektron portallarda qeydlərin aparılmasına nəzarət etmək
- Məzuniyyət planlaması etmək və icrasına nəzarət etmək
- Məzuniyyət rəsmiləşdirilməsinin qanunvericiliyə uyğun tənzim və təşkili etmək
- Əmək haqqının düzgün hesablanması və ödənilməsini təşkil etmək və nəzarət etmək
- Ezamiyyə prosesini və sənədləşdirilməsi düzgün təşkil etmək
- Əmək və icra intizam hadisələrinin düzgün rəsmiləşdirilməsini təmin etmək
- İşdən çıxan işçilərin düzgün rəsmiləşdirmək
- Əmək qanunvericiliyi çərçivəsində risk və cərimə yaranacaq halların aradan qaldırılmasına üçün daimi prosesləri izləmək və adddımlar atmaq
- İR əməliyyatlarının şirkət daxili və digər proqram təminatlarında mütəmadı vaxtında qeydləri aparmaq
- İR əməliyyatları proseslərinin daim inkişaf etidirilməsi üçün təkliflər vermək

TƏLƏBLƏR:
- Təhsil: (Biznes, İqtisadiyyat, İdarəetmə sahəsində ali təhsil);
- Təcrübə: Analoji sahədə minimum 5 il təcrübə;
- Sertifikasiya: İR sahəsində hər hansı bir sertifikasiyaların olması arzuolunandır.

SƏRİŞTƏLƏR:
Texniki
• Dil bilikləri yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;
• Kompyuter bilikləri yüksək səviyyədə microsoft office proqramından istifadə etmək;
• Əmək qanunvericiliyi, Ümumi İnsan Resursları haqqında biliklərə malik və Elektron portallarda işləmə bacarığı olan namizədlərə üstünlük veriləcək.

Davranış
• Ünsiyyət
• Nəticə yönümlü
• Punktuallıq
• Məsuliyyətlik
• Detallara diqqət

Son müraciət tarixi: 25 iyun 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az e-mail ünvanına göndərin.