İR əməliyyatları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallarn hazırlanması;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
- Dil bilikləri:Azərbaycan dili ;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
- İR sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
- Korporativ mobil nömrə;
- Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ İR əməliyyatları üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.06.2021