İR üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Əsas tələblər:
- İnsan resurslarının idarə edilməsi sahəsində 2-3 il iş təcrübəsi (250 – 300 nəfər işçi sayı);
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1 С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
- İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
- Aylıq tabelləri hazırlamaq;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələrin təşkil edilməsi;
- İnsan Resursları strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
- Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Aga Business Center
- 6 günlük iş rejimi;
- Əmək haqqı: 800 azn Net

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “İR üzrə Mütəxəssis” qeyd etməklə CV-lərini account@usg.com.az ünvanına yollaya bilərlər.
Son tarix: 31.07.2021