İş haqqında
Əsas vəzifələr:
Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
Işin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.
Texniki avadanlıqlardan (nərdivanlar, ayaqaltilar, müdafiə ləvazimatı, və s. qurğular) və işçilərin ferdi qoruma vasitələrindən istifadəni təmin edir.
Ağırlığın qaldırılması normalarına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
Vəzifənin xüsusiyyətləri:
Tikinti sahəsi üzrə ən azı 3-5 il iş təcrübəsi
Ali təhsil (Memarlıq ve İnşaat Universiteti)
Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
Gərgin iş rejimində işləmə bacarığı
Dil bilikləri: Azerbaycan, Rus və İnglis (arzu olunan)
Güclü ünsiyyət və komandada işləmək bacarığı.
Yüksək məsuliyyətli və etibarlı.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
Əlavə imtiyazlar:
İş icazəsi və qeydiyyat
Qidalanma
Yaşayış yeri ilə təmin olunma
Tələblərə uyğun namizedler öz “CV/Resume”-lərini electron unvanina göndərə bilərlər.