İş haqqında
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
Tələb olunur :
- İnşaat üzrə ali təhsilli olmalı;
- Müvafiq sahə üzrə təcrübə (inşaat sahəsində minimum 5-7 il);
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı olmalı
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilməli
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilməli
- Elektrik sahəsini bilməli, çertyojları oxuya bilməli,
- Əmək haqqı müsahibə zamanı təyin olunacaqdır
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı Həftədə 6 gün
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə
[email protected] mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-06-19