İşə Qəbul üzrə Administrator

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- ERP-dəki vakansiyaları nəzərdən keçirir və sonrakı işəqəbul prossesini dəqiqləşdirir
- Müvafiq struktur rəhbəri ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirir
- İş elanlarını hazırlayır və müəyyən edilmiş mənbələrdə iş elanlarını yerləşdirir və yeniləyir
- Mövqelərin meyarlarına əsasən “CV skrininq” həyata keçirir
- Namizədlərlə ilkin müsahibələr təşkil edir
- Seçilən namizədləri müvafiq struktur rəhbərinə təqdim edir və onunla birgə müsahibələrdə iştirak edir
- İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlayır, ERP-dəki vakansiyanı bağlayır və iş təklifini göndərir
- CV verilənlər bazasını nəzərdən keçirir və yeniləyir

Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Biznesin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə olması üstünlükdür)

Təcrübə:
- İşəqəbul üzrə Mütəxəssis vəzifəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:
- İşə qəbul prossesi
- İşə qəbul mənbələri
- Rus və İngilis dilləri yaxşı səviyyədə
- MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:
- Müsahibə aparmaq bacarığı
- Tədqiqat bacarıqları
- Ünsiyyət bacarıqları
- Nəticə yönümlülük
- Komandada işləmək
- Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-09