İşə qəbul üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

- Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Gündəlik müsahibə cədvəlinin aparılması;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
- Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
- Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- İşə qəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
- Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
- İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
- İşəqəbul hesabatlarının hazırlanması;
- Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:
- İşə qəbul sahəsində 3-5 il iş təcrübəsi; (Otel və restoran sektorunda təcrübə üstünlükdür)
- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı.
- İngilis və rus dili arzu olunandır;
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq və Dürüstlük
- Əsasən qadın namizədlərə üstünlük veriləcək

Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında; (təqribi 1500-2000 AZN)
İş qrafiki: Beş günlük iş həftəsi
İş yeri: Bakı şəhəri, Salyan şos. 14-cü km

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Tel:(+994)77-277-74-20