İşə qəbul və təlim üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil;
- İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Müsahibə və tədqiqatçılıq bacarıqları;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri;
- İrəli səviyyədə MS Office bilikləri;

Vəzifə öhdəlikləri:
- İşəqəbul strategiyasına və Şirkətin işəqəbul siyasətinə əsaslanan effektiv işə qəbulprossesini həyata keçirmək;
- İşəqəbul proseslərini, prosedurlarını və digər müvafiq sənədlərini mütəmadi olaraq yeniləmək;
- Tədqiqat aparmaq və yeni işəqəbul üzrə metodları təqdim etmək;
- İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
- Yeni işçilərin rəsmi qeydiyyata alınması üçün Kadrlar şöbəsi ilə sıx əməkdaşlıq etmək və sınaq müddətlərinin izləməsini və nəticələrinin hesabatlılığını hazırlamasını təmin etmək;
- Namizədlərin dəyərləndirilməsi üçün ixtisas testləri, İQ, EQ, psixoloji və digər müvafiq testləri hazırlamaq və tətbiq etmək;
- İşəqəbul olan işçilər üçün “Onboarding” təlimləri təşkil və təmin etmək; yeni əməkdaşların adaptasiya dövrünün izlənməsini təmin etmək;
- Xarici vətəndaşların işəqəbul prossesini həyata keçirmək, miqrasiya işlərini təşkil etmək və sənədləşmə prossesinin sonacan izlənməsini və həyata keçirilməsini təmin etmək.
- Təlim və inkişafla bağlı prosedurlar hazırlamaq və təşkil etmək;
- Təlim ehtiyaclarını monitorinq etmək və müəyyənləşdirmək;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və tətbiq etmək;
- Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
- İllik təlim planlarını hazırlamaq və təlim büdcəsinin hazırlasnmasında iştirak etmək;
- Müxtəlif növ təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak etmək;
- Aparılan təlimlərin nəticələrini ölçmək və qiymətləndirmək;
- Rəhbərlik təfərindən təyin olunmuş digər əlaqəli tapşırıqları yerinə yetirmək və daim hesabatlılığı təmin etmək.

İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " İşə qəbul və təlim üzrə mütəxəssis" yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-05-08