İstedadların cəlb edilməsi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və öhdəliklər:
- Digər departamentlər tərəfindən keçilən tələblərə əsasən axtarışa başlamaq
- İşçi tələblərinə əsasən müvafiq vakansiya elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkələrdə yerləşdirilməsini təmin etmək
- Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək
- Vakansiya tələblərinə uyğun namizədlərin seçimi və ilkin müsahibələri təşkilini həyata keçirmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək
- İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək
- İşçi seçimi prosesində müvafiq imtahan və dəyərləndirmələri həyata keçirmək
- Şirkət brendini təbliğ və təmsil etmək
- İmtahanlarla bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesini idarə etmək
- Karyera günləri və digər işə qəbul ilə bağlı tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək
- İşəqəbul kanallarının idarə olunması və müasir metodların tətbiqini həyata keçirmək
- İstedadların idarə edilməsi, təlim və inkişaf və performansın idarə edilməsi proseslərində iştirak etmək

Biliklər:
- Ali təhsil – Biznes yönümlü təhsil arzu olunandır
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

Təcrübə:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

Bacarıqlar:
- Stres altında işləməyi bacarmalı
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı
- Ünsiyyət yaratmaq, dinləmək, güclü müşahidə etmək bacarığına malik olmalı
- Yüksək analitik düşünmə qabiliyyətinə sahib olmalı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Son müraciət tarixi: 30 Noyabr 2021