İş haqqında
Vəzifə öhdəlikləri:
Gün ərzində görülən işlər haqqında yazılmış hesabatları yoxlayır hesabatlar, statistik məlumatlar çıxarır.
İstehsal olunmuş borular haqqında hesabatları əlaqəli şöbələrlə paylaşır.
İstehsal olunmuş borular haqqında məlumatların elektron hesabatlara daxil edilməsini və logo proqramına giriş edilməsini təmin edir.
Tələb olunan olan materialların və xidmətlərin sifarişini edir və təmin olunmasına nəzarət edir. Sifariş formalarını təsdiqlədib təchizat şöbəsinə təqdim edir.
Bölmə üzrə sərf olunan materialların logo proqramında xərc qəbzini kəsir. Müəyyən zaman intervalı ilə aralıq anbarının sayımını həyata keçirir.
Tələb qəbzlərini proqrama daxil edir.
Bütün hesabatların sənədləşmə işlərini aparır və sənədlərin arxivləşdirilməsini həyata keçirir. Əlavə sənədlərin ( akt və s.) hazırlanmasını təmin edir.
İşçilərin həftəlik iş qrafiklərini hazırlayır, təsdiqlədir və İR şöbəsinə təqdim edir.
Bölmənin aylıq hesabatını hazırlayır.
Birbaşa rəhbərin istehsalat prosesi ilə bağlı verdiyi hesabat tapşırıqlarının hazırlanmasını təmin edir.
Vəzifə üzrə əsas tələblər:
Təhsil : Ali-(Sənaye mühəndisliyi ixtisasən bitirənlərə üstünlük verilir)
İş təcrübəsi-1 il sənədləşmə üzrə
Bilməlidir:
Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
Əsasnamə, təlimat və digər rəhbər sənədləri və müəssisə işçilərinin pensiyalarının rəsmiləşdirilməsi, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Təminatlar:
Bakıdan 3 ayrı ayrı məntəqələrdən işləyən servis
Nahar
Kooperativ nömrə
Notebook
İş saatı :09:00-18:00 (həftədə 5gün).Altı və bazar günü istirahət
Uyğun namizədlər CV-ni “İstehsalat sənədləşməsi” başlığı ilə göndərə bilərlər.
Son müraciət tarixi:15.06.2023