İstehsalat müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali (texniki);
- Yaş həddi: 30-50;
- Kompüter biliyi: MS Office (Word, Excel);
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
- İş təcrübəsi: İstehsalat sahəsində və istehsalın idarə edilməsində 3-5 il təcrübə;
- Bacarıqlar: (plastik sahasində çalışanlara üstünlük verilir)
- Qərar qəbul etmək və məsuliyyət götürmək bacarığı;
- Məntiqi və strateji düşünmə
- Məqsədyönlük, tələbkarlıq
- Təşkilati planlama və problemləri həll etmə
- Hesabatlılıq və ünsiyyət qurma
- Analitik düşünmə və təhlil qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

İş barədə :
- Zavod üzrə müəyyən olunmuş istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
- Zavodda istehsal ilə əlaqəli olan biznes proseslərin gedişatına nəzarət edilməsi və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Zavodun davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
- Zavodda standartlaşdırma işlərinin təşkil edilməsi, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasının nəzarətə götürülməsi;
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, xammalın istifadə normalarına nəzarət edilməsi;
- İstehsalat texnologiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi üçün təkliflər verilməsi;
- İstehsalat avadanlıqlarının vaxtında sazlanması və düzgün istismarının, onların qrafik üzrə təmirinin, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasının təmin edilməsi;
- Zay məhsulların buraxılması səbəblərinin araşdırılması, keyfiyyətin yaxşılaşdırılması, istehsal itkilərinin azaldılması;
- İstehsal prosesində əmələ gələn qəzaların səbəblərinin araşdırılması və onların qarşısının alınması tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
- Zavodun fəaliyyət istiqamətlərindən və qarşıya qoyulan vəzifələrindən irəli gələrək istehsal sahəsində iş bölgüsünün təşkil edilməsi;
- Zavodda istehsal bölməsində çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə nəzarət edilməsi;
- İstehsalat daxilində nizam-intizam qaydalarının formalaşdırılmasında iştirak, bu qaydalara əməl olunmasına nəzarət edilməsi;
- Zəruri zavoddaxili hesabatların vaxtında tərtib olunması və aidiyyəti üzrə təqdim edilməsi;
- Müəssisənin digər bölmələri ilə koordinasiyalı formada işləmək.