İstehsalat sexinin rəisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş yeri: “Göygöl Şərab Zavodu” ASC
Göygöl şəhəri
Vəzifə: İSTEHSALAT SEXİNİN RƏİSİ (araq sexi)
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi – Cümə
İstirahət günü: Şənbə, bazar

- Ali təhsil (İqtisadi, texnoloji sahədə)
- İstehsalat sexinin təşkili və idarəedilməsi, yəni:
- İstehsalat personalının idarə olunması: tapşırıqların verilməsi və iş ahənginin təşkili, istehsal sahəsində yerləşdirilmə, işçilərin peşəkar inkişafı, işin və istehsal planının yüksək keyfiyyətlə icrası üçün motivasiya.
- Xammal ehtiyatlarının mövcudluğuna və planlaşdırılmasına nəzarət.
- İstehsalat tapşırıqlarının vaxtında yerinə yetirilməsi üçün istehsal və buraxılış cədvəllərinin planlaşdırılması.
- İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət, qüsurların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması, növbəli işin nəticələrinə əsasən hesabat sənədlərinin hazırlanması, jurnallarda qeydlərin aparılması.
- İşçilərin texnoloji proseslərə, qida təhlükəsizliyi qaydalarına, sanitar gigiyena standartlarına, ISO sisteminin prinsiplərinə, QOST-lara, əməyin mühafizəsi qaydalarına, təhlükəsizlik tədbirlərinə, istehsalata və əmək intizamına uyğunluğunun öyrədilməsi və riayət edilməsinə nəzarət.
- Qida təhlükəsizliyi, sanitar gigiyena normaları və tələblərinə dair biliklər, istehsal cədvəllərini planlaşdırma bacarığı.
- Süzmə xəttinin işləməsi ilə bağlı ilkin sənədlərin hazırlanması, hazır məhsulun anbardan alınan marka sayına uyğunluğunun yoxlanılması.
- Sexin texniki və sanitar vəziyyətinə nəzarət, avadanlıqların texniki cəhətdən düzgün istismarını təmin etmək, müəssisə rəhbərliyinə planlı və təcili hesabatların verilməsi.
- İstehsalın təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanizasiyası və avtomatlaşdırılması işlərinin təşkili.
- İnkişaf etmiş liderlik bacarıqları, nəticə üçün təşkil, stresə dayanıqlıq, qərar qəbuletmədə müstəqillik, öyrənmə qabiliyyəti, çalışqanlıq.

Alkoqol istehsalı sahəsi. “İstehsalat sahəsinin rəsi” vəzifəsi üçün tələblər:
- Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanılması
- İşçinin yaşı 23 ilə 40 yaş arası olmalıdır.
- Rus dilində oxumaq, yazmaq, sərbəst danışmağı bacarmalıdır.
- İdarəetmə təcrübəsinin olması arzuolunandır.
- İşçilər nahar və işə gəlib getmə nəqliyyat vasitəsilə təmin olunur.
- Müsahibənin nəticələrinə əsasən əmək haqqı.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
E-mail : cv@xan.az

Son müraciət tarixi: 2021-08-07