İstehsalat üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə və öhdəliklər:
- Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
- Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- İstehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
- Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.

Şərtlər:
- Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;tələb edilərsə şənbə günü 9.00-13.00
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq zemfira.zeynalova@abacusaudit.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-07-14