İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: razılaşma əsasında

Tələblər:
-Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı. İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
-Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı;

İş haqqında məlumat:
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
- Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
- Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
- Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
- Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
- Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

İşçi üçün şərait:
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

Son müraciət tarixi: 2021-05-12